ABŞ aktyoru Kris Rok Los Anceles şəhərində keçirilən “Oskar” mərasimi zamanı “Ən yaxşı sənədli film” nominasiyası üzrə namizədləri açıqlayıb. Çıxış zamanı komediya ustası Vil Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin "heyranedici, çox qısa saçları" ilə bağlı zarafat edib.
Bu barədə “Report” ABC telekanalına istinadən xəbər verir.
Qeyd edilir ki, Vill Smit oturduğu yerdən qalxaraq səhnəyə qalxıb və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb, lakin Rok haqqında bir neçə kəlmə deyib. Bu zaman verilişin səsi kəsilib və Smitin sözləri naməlum olaraq qalıb. Rok daha sonra deyib: "Bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi".
Bundan sonra mərasim həmişəki kimi davam edib.
Uill Smit Kris Roka sillə vurduğuna görə ondan üzr istəyib.
“İstənilən formada zorakılıq zəhərli və dağıdıcıdır. Dünən gecə mərasimdəki davranışım qəbuledilməz və bağışlanmazdır”, - Smit instaqram səhifəsində yazıb.
O qeyd edib ki, ona ünvanlanan zarafatlara qulaq asmaq aktyor işinin bir hissəsidir, lakin həyat yoldaşının səhhəti ilə bağlı deyilənlər onda özündə saxlaya bilmədiyi emosional reaksiyaya səbəb olub.
O, Amerika Kino Akademiyasından, şounun təşkilatçılarından və orada olan hər kəsdən, eləcə də bütün dünyadakı tamaşaçılardan üzr istəyib:
“İctimaiyyət qarşısında səndən üzr istəmək istəyirəm Kris. Xətti keçdim, səhv etdim. Utanıram və hərəkətlərim olmaq istədiyim insanı əks etdirmir. Sevgi və xeyirxahlıq dünyasında zorakılığa yer yoxdur”.
Xatırladaq ki, qadın bu yaxınlarda bildirib ki, saç tökülməsinə səbəb olan otoimmün xəstəliyindən əziyyət çəkir. Vil Smitin xanımı bunu gizlətməyəcəyini açıqlayıb.