NATO: Rusiyanın əsas məqsədində dəyişiklik görmürük, Ukraynaya dəstək verməliyik

Biz Ukraynanın ehtiyacı olduğu müddətə qədər hərbi dəstək verməyə davam etməliyik.

Bunu NATO Baş katibi Yens Stoltenberq NATO-nun 2021-ci il üçün hesabatı ilə bağlı mətbuat konfransında deyib.

“Bu, vacibdir, çünki Ukrayna azadlıq, demokratiya və bizim ortaq dəyərlərimiz üçün savaşır. Biz uzun illər ərzində Ukraynaya dəstək vermişik. Rusiya müharibəyə başladıqdan sonra da NATO müttəfiqləri Ukraynaya hərbi yardım göndərməyə davam edib. Həmçinin, müttəfiqlər Ukraynaya maliyyə və humanitar yardım da göndərir. Ötən həftə keçirilən iclasda da Ukraynaya hərbi dəstəyin davam etdirilməsi ilə bağlı öhdəliyə sadiqlik bir daha təsdiqləndi.

Biz dəstəyi davam etdirməliyik. Çünki Rusiya Ukraynada hərbi hərəkətlərini davam etdirir. Danışıqların davam etməsi yaxşıdır, lakin biz hələ də Rusiyanın əsas məqsədində dəyişiklik görmürük. Rusiyanın istədiyi bu münaqişədən hərbi nəticə əldə etməkdir və Rusiya bu hərbi nəticəyə nail olmaq üçün davam edir. Belə olan halda biz NATO müttəfiqləri olaraq Ukraynanı hərbi dəstəklə təmin etməyə davam etməliyik”, - Yens Stoltenberq vurğulayıb.




APA
Şərhlər
Dünya bölməsinin xəbərləri