Ərdoğan: “Erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır”
- 31.03.2022, 20:28,
- Dünya / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatlara münasibət bildirib.
LIVE.az Report-a istinadla xəbər verir ki, dövlət başçısı Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.
“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”, - Türkiyə lideri söyləyib.