Britaniya kəşfiyyatı: "Ukraynanın əks-hücumları davam edir, ərazilərini geri alır"
- 01.04.2022, 09:57,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ukrayna qüvvələri Çerniqov şəhərinin cənubundakı Sloboda və Lukaşivka kəndlərini geri alıb və şəhərlə Kiyev arasında əsas təchizat yollarından biri boyu mövqe tutub”.
Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Ukrayna qoşunları həmçinin Kiyevin şərqinə və şimal-şərqinə uğurlu, lakin məhdud əks-hücumları davam etdirir. Rusiya həm Çerniqov, həm də Kiyev ətrafında fəaliyyətini azaltdığını iddia etməsinə baxmayaraq, davamlı hava və raket zərbələrinə məruz qalıb”, - nazirlikdən bildirilib.
Report