Xatirə İslam hovuzdakı fotolarından danışdı

Son günlər müğənni Xatirənin hovuzda gənc ifaçı Nicatla olan şəkilləri müzakirə hədəfi olub. Hal-hazırda istirahətdə olan Xatirə bu şəkillərin yayılmasına şərh verənlərə, onu qınayanlara cavab verib.


“Nicat bizim evin uşağıdır. Mənim əlimdə böyüyüb. Mən Nicatın bacısı, müəlliməsi hesab olunuram. İnsanlar niyə belə gülünc məsələləri qabardırlar? Nicatı ailəm, həyat yoldaşım Fəxrəddin bəy də tanıyır. Ailəvi dostluğumuz var. Nicat özünə aid olan şəkilləri facebookda paylaşıb. İndi bunu el-aləmə yaymağın nə mənası var?", - müğənni bildirib.


Xatirə daha bir məsələyə aydınlıq gətirib. Yayılan fotolarda Nicatla bərabər digər oğlanın da kimliyi müəmmalı idi və müzakirə olunurdu. Xatirə həmin oğlanın qardaşı olduğunu bildirib: “Şəkildə mən, Nicat və qardaşım Tural var. Kim məni tanıyır, şəkilə baxan kimi biləcək ki, ətrafımda artıq-əskik heç kim yoxdur. Mən soyunub, oğlanlarla şəkil çəkdirən olsaydm bunu subay vaxtı edərdim, evli vaxtı niyə edim ki? Çox şükür, məni sevən, başa düşən həyat yoldaşım var. Oğul anasıyam və çox xoşbəxtəm. İndi hər addımımı atanda oğlumu, həyat yoldaşımı düşünüb atıram, yüz ölçüb, bir biçirəm. Onlar mənim başımın tacıdılar. Mən də onların adı, namusu, qeyrətiyəm. Mənə gülünc reklam lazım deyil. Öz sözümü sənətimlə, ifa etdiyim mahnılarımla demişəm”.







show.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri