ABŞ Dövlət Katibi Prezident İlham Əliyevə zəng edib
- 06.04.2022, 00:52,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Aprelin 5-də Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Antoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib.
Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini qeyd edib.
Dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3 890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Report