Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşı qətlə yetirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı qətlə yetirilib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Hökməli qəsəbəsində Əliağa Vahid küçəsində qeydə alınıb.

Aqil Dadaşova məxsus ikimərtəbəli evə oğurluq məqsədilə gələn şəxslər onun evdə olan həyat yoldaşı, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetiriblər.

Hadisəni törədən şəxslərin müəyyənləşməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri