Abdullah Gül Azərbaycana gəlib
- 14.08.2013, 19:26,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfərə gəlib.
APA-nın məlumatına görə, A.Gülü Qəbələ hava limanında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qəbələ İcra Hakimiyyətinin rəhbəri Səbuhi Abdullayev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun qarşılayıblar.
Türkiyə prezidenti A. Gülün Azərbaycana səfərin məqsədi avqustun 16-da Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Qəbələdə keçiriləcək zirvə toplantısında iştirakdır.
A. Gülü xarici işlər naziri Əhməd Davudoğlu və nəqliyyat və rabitə naziri Binəli Yıldırımla yanaşı, digər rəsmi şəxslər müşayiət edirlər.
Qeyd edək ki, TÖƏŞ 2009-cu ildə yaradılıb. Şuraya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir.