Türkiyə rus turistləri kurortlarına gətirmək üçün aviaşirkət yaradacaq
- 10.04.2022, 23:46,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə hakimiyyəti sanksiyalara düşən rus turistləri ölkəyə cəlb etmək üçün üç mərhələli yol xəritəsini təsdiqləyib.
Bu barədə “Report” “Sabah” nəşrinə istinadən xəbər verir.
Xüsusilə, kurortlara çarter reysləri üçün yeni aviaşirkətin yaradılması nəzərdə tutulur.
“Rusiya və Ukrayna arasında münaqişənin kəskinləşməsi Türkiyənin turizm sektorunda problemlərə səbəb olub, çünki hər iki bazar biznes üçün çox vacib idi. Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat Nazirliyi, həmçinin Xəzinədarlıq və Maliyyə Nazirliyi hazırkı vəziyyətdə Rusiyadan turistlərin cəlb edilməsi üçün üç mərhələli yol xəritəsini, o cümlədən yaxın gələcəkdə yeni aviaşirkətin yaradılmasını təsdiqləyib”.
Nəşrin məlumatına görə, aviaşirkət Antalya hava limanında yerləşəcək. Təyyarələr yalnız Rusiya şəhərləri və Türkiyədəki kurortlar arasında uçuşlar həyata keçirəcək: “Bu aviaşirkət sayəsində əlavə bir milyon rusiyalı turist cəlb etmək mümkün olacaq. Ümumilikdə Türkiyə Rusiyadan ən azı 2 milyon səyahətçi cəlb edə biləcək”..
Eyni zamanda yol xəritəsi çərçivəsində hakimiyyət Ukraynada vəziyyətin gərginləşdiyi kontekstdə biznesi dəstəkləmək üçün ANEX Tour, Pegas Touristik və Coral Travel turoperatorlarına 300 milyon dollar məbləğində kreditin verilməsini müzakirə edir. Turizm şirkətləri üçün dəstək paketinin mayın əvvəlində açıqlanması gözlənilir.