Fransada prezident seçkiləri başa çatıb, Makron və Le Pen ikinci turda iştirak edəcək
- 10.04.2022, 23:47,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransada prezident seçkilərinin birinci turu üzrə seçki məntəqələri saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb, səslərin hesablanması başlayıb.
Live.az Report-a istinadla xəbər verir ki, saat 17:00-a (Bakı vaxtı ilə 19:00) olan məlumata görə, səsvermədə qeydə alınmış seçicilərin 65%-i iştirak edib.
BFMTV kanalının məlumatına görə, hazırki Prezident Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident seçkilərinin ikinci turunda iştirak edəcək.
İlkin məlumatlara görə, Makron 28,5%, Le Pen isə 24,2% səs toplayıb.
Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. Bugünkü seçkilərdən fərqli olaraq ikinci turda iki namizəd mübarizə aparacaq.