Mahir Emreli "Dinamo"da ilk qolunu vurub


Azərbaycan millisinin futbolçuu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda qol hesabını açıb.

Live.az xəbər verir ki, 25 yaşlı hücumçu səfərdə "Riyeka"ya qarşı keçirdikləri XXX tur matçında fərqlənib.

 79-cu dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib.

Emreli oyuna 57-ci dəqiqədə daxil olub.
Şərhlər
İdman bölməsinin xəbərləri