Müdafiə naziri: "Ordumuzun Türkiyə standartlarına uyğunlaşdırılması işləri davam etdirilir"
- 12.04.2022, 15:39,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar davam etdirilir".
Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 12-də Azərbaycanda səfərdə olan Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib.
Report