Bekmambetovun kukla teatrında debütü Bakıda nümayiş olunacaq
- 12.04.2022, 16:35,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyanın ən məşhur rejissorlarından biri Timur Bekmambetov özünü yeni vəzifədə - kukla teatrı tamaşasının rejissoru kimi sınayır. “Gecə gözətçisi”, “Prezident Linkoln: Vampir ovçusu”, eləcə də “Yolki” kinosaqa kimi filmlərin yaradıcısının ilk təcrübəsi “Xoca Nəsrəddin” əsəri olacaq.
Xoca Nəsrəddin bütün Şərqdə, o cümlədən Azərbaycanda sitat gətirməyi çox sevdikləri şərq nağıllarında məşhur obrazdır. Kuklalar Rusiyanın aparıcı aktyorları Yevgeni Mironov, Konstantin Xabenski, Viktor Verjbitski, İqor Zolotovitski, Çulpan Xamatova, Yelizaveta Boyarskaya və İnqa Oboldinanın səsləri ilə danışacaqlar.
“Uzun illər idi ki, hər şeyi alt-üst edən bu istedadlı və paradoksal personajın hekayəsini danışmağı xəyal edirdim. Amma artıq dünya alt-üst olduğu üçün Xoca Nəsrəddin sonda hər şeyi öz yerində tapır. Biz Şərq sivilizasiyasının əfsanəvi hiyləgər obrazını yaratdıq və azadlıq, məhəbbət və insan haqları, ümumiyyətlə, günümüzə qədər bütün dövrlərin problem və arzularından bəhs edən tamaşa nümayiş etdirdik”, – Bekmambetov deyə bildirib.
“Xoca Nəsrəddin”, “Qızıl Maska Kinoda” layihəsi çərçivəsində Park Bulvar Metropark kinoteatrında aprelin 15-i saat 19:00-da nümayiş olunacaq. Filmin nümayişi Coolconnections və Theater HD tərəfindən təşkil olunub. Biletləri parkcinema.az və iticket.az saytından əldə etmək olar.