Bakıda mənzildə meyit tapılıb

Bakı şəhəri, Nəsimi ayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

APA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını bayır tərəfdən açaraq daxil olub. Mənzilə baxış keçirilərkən Popova Dina Dmitriyevna hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində D. Popovanın vəfat etdiyi müəyyən olunub. D. Popovanın cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri