Şəkidə "Nəsillərin görüşü" adlı zona konfransı keçirilib


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən “Nəsillərin görüşü” adlı silsilə zona konfranslarının keçirilməsinə başlanılıb.

Qurumun ilk zona konfransı Şəkidə Heydər Əliyev Mərkəzində baş tutub.

Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Prezident Admnistrasiyasının əməkdaşı Vüsal Quliyev, Şəki və ətraf rayondan olan veteranlar, ziyalılar, hərbçilər və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov iştirak ediblər.

Sədr müavini C.Xəlilov çıxış edərək konfransın keçirilməsinin məqsədini və gələcək prespektivləri barədə tədbir iştirakçılarına məlumat verib.

O, bildirib ki, konfransın keçirilməsində əsas məqsəd 1941-1945-ci illər Böyük Vətən müharibəsi, Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi veteranlarını bir araya gətirmək, onlar arasında dialoq və əməkdaşlığı gücləndirməkdir.

Müharibə dönəmində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşən Azərbaycan xalqı cəmi 44 gün içində Ermənistan ordusunu darmadağın edərək işğaldakı torpaqları azad etdi, ərazi bütövlüyünün təmin edilməsinə nail oldu.




Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri