Dövlət Departamenti: "ABŞ Ukraynaya dəstəkdən əl çəkmək niyyətində deyil"


"Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, Birləşmiş Ştatlar Ukraynaya dəstəkdən əl çəkmək niyyətində deyil".

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays CNN-ə bildirib.

"Rusiya şəxsən bəzi bəyanatlar verir, lakin heç bir şey bizi seçdiyimiz strategiyadan imtina etməyə inandıra bilməz", - Prays deyib.

Eyni zamanda Prays bu məsələ ilə bağlı ABŞ və Rusiya arasında diplomatik təmasların hər hansı təfərrüatını açıqlamaqdan imtina edib.

Aprelin 13-də Bayden Vaşinqtonun Kiyevə daha 800 milyon dollar məbləğində hərbi yardım, o cümlədən 11 Mi-17 helikopteri, 200 zirehli personal daşıyıcısı, 300 "Switchblade" mərmisi və tank əleyhinə sistemlər üçün 500 raket göndərmək qərarını açıqlayıb.

Yardım paketi çərçivəsində Ukraynaya ABŞ hərbi ləvazimatlarının ilk partiyasını daşıyan təyyarə 24 saat ərzində bölgəyə çatacaq.

Qeyd edək ki, Rusiya ABŞ da daxil olmaqla Ukraynaya silah tədarükü ilə bağlı bütün ölkələrə nota verib.



Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri