Borrel: “Bəzi Aİ ölkələri Rusiyadan neft idxalının qadağan edilməsi qərarına veto qoyacaqlarını bildirib”

“Avropa İttifaqı (Aİ) ölkələri hələlik Rusiyadan enerji daşıyıcılarının, o cümlədən neftin idxalını qadağan etmək niyyətində deyil. Səbəb sadədir: bəzi ölkələr bu qərara veto qoyacaqlarını bəyan edib”.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bildirib.

“Le Figaro” qəzeti yazır ki, Rusiyadan neft idxalına embarqo qoyulmasının lehinə Polşa və Fransa, əleyhinə isə Almaniya, Avstriya və Macarıstan çıxış edir.

J.Borrel vurğulayıb ki, Avropa ölkələri yekdil qərara gələ bilməsələr də, bəzi ölkələr özləri Rusiyadan neft idxalını azaltmaq haqqında qərar qəbul edib.

Bununla belə, Aİ diplomatiyasının rəhbəri ortamüddətli perspektivdə region ölkələrinin bu və ya başqa formada Rusiyanın enerji daşıyıcılarından imtina etməli olacaqlarını deyib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri