Səfir Daşqın Şikarov: “Azərbaycan yaxın gələcəkdə Əfqanıstana təxminən 1-2 milyard dollar sərmayə yatırmağı planlaşdırır”
- 15.08.2013, 13:46,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Əfqanıstana sərmayə yatırımını genişləndirməyə hazırdır.
APA-nın “Ariananews” agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov deyib.
O qeyd edib ki, azərbaycanlı sərmayədarlar son bel ildə Əfqanıstan iqtisadiyyatına sərmayə yatırıblar: “Beş il əvvəl azərbaycanlı sərmayəçi öz əfqan tərəfdaşı ilə Əfqanıstanda neft hasilatı sahəsinə 30 milyon dollar yatırıb. Biz yaxın gələcəkdə Əfqanıstanın müxtəlif sektorlarına 1-2 milyard dollar sərmayə yatırmağa hazırıq”.
Qeyd edək ki, Məzari-Şərifdə Əfqanıstan və Azərbaycan sərmayəsi hesabına neft emalı zavodu fəaliyyət başlayıb. Hazırda bu zavod gündə 500 ton xam neft emal edir, onun istehsal gücünü gündə 1500 tona çatdırmaq planlaşdırılır.