ABŞ dövlət katibi və müdafiə naziri Kiyevdə səfərdədir


ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live”a açıqlamasında deyib.

O bildirib ki, hazırda onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirirlər.

O.Arestoviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri üçün yeni silah növlərinin tədarükü ilə bağlı razılıq əldə oluna bilər: “Buna hazır olmasaydılar, gəlməzdilər”.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri