Meksikada həbsxanada qarşıdurma olub: 13 ölü, 65 yaralı var
- 28.04.2013, 15:55,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Meksikada həbsxanada iki qrup arasında qarşıdurma olub. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumatda deyilir ki, San Luis Potosi əyaləti prokurorluğunun açıqlamasına görə, bir qrup digərindən qaçmaq üçün bıçaqdan istifadə edib.
Məlumatda hadisə nəticəsində 13 məhbusun öldüyü, 22-i ağır olmaqla, 65 nəfərin yaralandığı bildirilir.
Qanlı olayla bağlı araşdırmalar aparılır.