ABŞ Azərbaycanı pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələrdən biri elan edib
- 26.04.2022, 09:47,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi (CDC) Azərbaycanı pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələr qrupuna daxil edib.
LIVE.az-ın məlumatına görə, bu barədə Report xarici mətbuata istinadən xəbər verir.
Belə ki, Azərbaycan COVID-19-a yoluxma hallarının azalması fonunda 1-ci dərəcəli (yoluxma riski ən az olan) ölkələr siyahısında yer alıb. Bu dərəcəyə aid ölkələrdə son 28 gündə hər 100 000 sakinə 49 və ya daha az yeni yoluxma halı qeydə alınmalıdır. Son günlər koronavirusa yoluxma hallarının xeyli azaldığı Azərbaycanın da adı aprelin 25-də bu dərəcəyə aid edilib.
İkinci dərəcəyə - “COVID-19 orta" təyinatını alan istiqamətlərə son 28 gündə hər 100 000 sakinə 50-100 yoluxma halı qeydə alınan ölkələr daxil edilib. Bazar ertəsi Salvador, İndoneziya, Oman, Birləşmiş Ərəb Əmirlikləri bu dərəcəyə aid olunub.
Qeyd edək ki, CDC-nin yeni sistemində 3-cü dərəcə yüksək yoluxma riski kateqoriyası son 28 gündə 100 000 sakinə 100-dən çox hadisəsi olan istiqamətlərə şamil edilir. Bu dərəcəyə aid edilən ölkələrə Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Portuqaliya, İspaniya, Britaniya və digər ölkələr aiddir.
Ötən gün açıqlanan son məlumata görə, Azərbaycanda koronavirusa 6 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb, ölüm faktı qeydə alınmayıb.
Hazırda 145 nəfər aktiv xəstə sayını təşkil edir.