Aİ Rusiyaya qarşı neft embarqosu hazırlayır
- 28.04.2022, 09:20,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq bu ölkəyə qarşı neft embarqosu tətbiq etməyi ciddi şəkildə düşünür.
“Report” “Financial Post”a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Senatda çıxışı zamanı deyib.
"Aİ-nin özü Rusiyaya qarşı fəal şəkildə sanksiyaların tətbiqini davam etdirir. Düşünürəm ki, növbəti addım Rusiyaya neft embarqosudur. Onlar bunun üzərində işləyirlər. Biz onların bunu necə etdiyini diqqətlə izləyirik", - Blinken Senatdakı dinləmələrdə deyib.
Yüksək vəzifəli diplomat əlavə edib ki, Birləşmiş Ştatlar da öz növbəsində Rusiya iqtisadiyyatının bir sıra yeni sektorlarına sanksiya təzyiqini diqqət mərkəzində saxlamağa davam edəcək.