Arestoviç: "Ukrayna ordusu iyun-iyulda hücuma keçəcək"
- 28.04.2022, 09:22,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, ölkə ordusu tezliklə Qərbdən güclü silahlar alacaq və bundan sonra ərazisini azad etmək üçün aktiv hücum əməliyyatlarına başlayacaq.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
"Mayın sonu - iyunun əvvəlində Qərb silahları cəbhənin müəyyən sektorunda qüvvələr və vasitələrin balansını dəyişdirə biləcək kommersiya həcmində və ya bəlkə də iki və ya üç hissə ilə gətiriləcək. Hesab edirəm ki, iyunun ortalarına qədər Qərb silahları ilə silahlanmış, hücuma keçməyə hazır döyüş qabiliyyətinə malik hərbi bölmələr alacağıq”, - Arestoviç bildirib.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri həmçinin, hadisələrin bundan sonra necə inkişaf edəcəyini qeyd edib.
"İyunun ikinci yarısı, çox güman ki, iyul da şiddətli döyüşlər gedəcək. Amma Ukrayna ordusu hücuma keçəcək. Rusiya ordusu bunu başa düşür, apreldən çağırmağa başladıqları çağırışçıları təqib edəcəklər", - Arestoviç vurğulayıb.
Report