Çempionlar Liqası: "Liverpul" "Vilyarreal"ı yenib



UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Bu mərhələnin ikinci matçında İngiltərə "Liverpul"u İspaniyanın "Vilyarreal" klubunu qəbul edib.

İngiltərənin"Enfild" stadionundakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər 2 qol ikinci hissədə vurulub. Qonaqların qapıçısı Xeronimo Rulyi 53-cü dəqiqədə avtoqol müəllifi olub. Cəmi 2 dəqiqə sonra isə Sadio Mane fərqlənib.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.


UEFA Çempionlar Liqası, yarımfinal

İlk oyun

28 aprel

23:00. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:0

Qollar: Xeronimo Rulyi, 53 (avtoqol), Sadio Mane, 55

Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul, "Enfild" stadionu

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"yə uduzub - 3:4.
Şərhlər
İdman bölməsinin xəbərləri