DİN Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşının qətli ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi ötən gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin həyat yoldaşının qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, DİN-in saytında yerləşdirilən məlumatda bildirilir ki, avqustun 14-də Abşeron rayonu Hökməli qəsəbəsində yaşayan Elmira Dadaşova öz evindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı qətlə yetirilib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Hökməli qəsəbəsində Əliağa Vahid küçəsində qeydə alınıb.

Aqil Dadaşova məxsus ikimərtəbəli evə oğurluq məqsədilə gələn şəxslər onun evdə olan həyat yoldaşı, 1955-ci il təvəllüdü Elmira Xalid qızı Dadaşovanı bıçaqlayaraq qətlə yetiriblər.

Hadisəni törədən şəxslərin müəyyənləşməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri