“Azərsun": "Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq"



“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın hadisəsi nəticəsində “Sun Food” MMC-yə məxsus anbarlara ciddi maddi ziyan dəysə də, əməkdaşlar arasında xəsarət alan yoxdur.

Bu barədə “Azərsun Holdinq"in rəsmi "Facebook" səhifəsində paylaşım edilib.

"İstehsal müəssisələrimiz yanğın baş verən ərazidən aralıda yerləşdikləri üçün onlara hər hansı ziyan dəyməyib, həmişəki gücü ilə çalışırlar.

“Sun Food” MMC şirkətinin Xırdalan və digər ərazilərdə yerləşən anbarlarında kifayət qədər ehtiyatları mövcuddur. Ölkədə yağ və digər qida məhsullarının təminatı ilə bağlı hər hansı çətinlik yaranmayacaq. Baş vermiş hadisə ilə bağlı dəstəyini bildirmiş hər kəsə təşəkkürümüzü bildiririk.

Hazırda aidiyyatı dövlət qurumları tərəfindən araşdırma aparılır, ictimaiyyət nəticələr barədə məlumatlandırılacaqdır", - paylaşımda deyilir.



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri