"Fitch" Azərbaycanın reytinqini təsdiqləyib



"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) “BB+” səviyyəsində təsdiqləyib.

LIVE.az-ın məlumatına görə, bu barədə report Agentliyə istinadən xəbər verir.

Məlumata görə, reytinq üzrə proqnoz "Sabit"dir.

"Reytinq Azərbaycanın çox güclü xarici ticarət balansı, aşağı dövlət borcu və iri suveren fondun aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənir. Bu amillərə qarşı zəif idarəetmə, xüsusən də məzənnə rejimi, bank sektorunun yüksək dollarlaşması və karbohidrogen sektorundan güclü asılılıq ilə əlaqədar olaraq iqtisadi siyasətin müəyyən edilməsinin proqnozlaşdırıla bilməməsi dayanır", - deyə "Fitch" bəyan edib.

"Sabit proqnoz, makro iqtisadi siyasət çərçivəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək üçün struktur islahatları həyata keçirilməsi kimi məhdud gözləntilərlə birlikdə, Azərbaycanın xarici və daxili dövlət maliyyəsinin daha da artmasında yüksək enerji qiymətlərinin faydasını tarazlaşdırır. Rusiya-Ukrayna müharibəsi ilə bağlı ticari riskin və mövcud idxalat kəsintilərinin inflyasiyaya təzyiqləri orta səviyyədədir", - deyə agentlik bəyan edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri