Nazir: "ABŞ Dövlət Departamenti azad edilmiş ərazilərdə bərpa işlərinə dəstək verir"



"ABŞ Dövlət Departamenti Azərbaycana azad edilmiş ərazilərdə aparılan bərpa işləri, mədəni irsimizin qorunmasına dəstək verir".

Bunu Report-a müsahibəsində ABŞ-da işgüzar səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir səfər çərçivəsində ABŞ Dövlət Departamentinin mədəniyyət və təhsil üzrə müavini ilə keçirdiyi görüşlər barədə də danışıb:

"Azərbaycan və ABŞ arasında əməkdaşlıq perpektivlərini müzakirə etdik. Konkret olaraq bir çox vacib məsələlərlə bağlı razılıqlar əldə olundu. Müzakirələrdə Dövlət Departamentinin azad edilmiş ərazilərdə aparılan bərpa işlərində Azərbaycana dəstək olduğunu gördük və bu, bizim üçün çox əhəmiyyətli idi. Bununla yanaşı, bir neçə təşəbbüs və layihələrimiz haqqında onlarla fikir mübadiləsi apardıq”.

A.Kərimov, həmçinin ABŞ-ın dünyaca məşhur muzeylərini ziyarət etdiyini, iki ölkə arasında mədəni təlim proqramlarının reallaşmasını, həmin muzeylərdə Azərbaycanla bağlı sərgilərin təşkil olunacağını vurğulayıb.

"Yaxın gələcəkdə həmin muzeylərlə sıx əməkdaşlığın qurulması üçün səylərimiz davam edəcək", - nazir əlavə edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri