Ankarada Əhməd Cavadın heykəlinin açılışı olub
- 06.05.2022, 05:02,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ankarada yerləşən Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın heykəlinin açılışı olub.
LIVE.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Qeyd edək ki, şairin 130 illiyinə həsr olunmuş anım mərasimi də keçirilib. Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankara Etiməsqut Bələdiyyəsi və Türk Tarix Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin himnlərinin oxunması ilə başlayıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından, xalqlarımızın qardaşlığından danışıb, Əhməd Cavadın yaradıcılığında əsas yer tutan türkçülük ideyaları, şairin faciəvi həyatı barədə ətraflı məlumat verib.
Çıxışların ardından Əhməd Cavadın həyatına dair sənədli film nümayiş etdirilib, Ankara Universitetində təhsil alan azərbaycanlı tələbə Elmira Qoca şairin “Türk övladıyam” şeirini səsləndirib.