Azərbaycan ərazisindən ixrac və tranzit daşımalar əhəmiyyətli dərəcədə artıb
- 09.05.2022, 23:08,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan ərazisindən ixrac və tranzit daşımaları getdikcə daha da populyarlaşır. Qazaxıstan və Belarus ərazisindən ixrac və tranzit daşımalara tələbat artıb.
LIVE.az xəbər verir ki, bu barədə Report Rusiya mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, geosiyasi və iqtisadi vəziyyət logistikləri qərbdən şərqə və cənuba yük axınının istiqamətini dəyişməyə məcbur edib.
Rusiyanın “RJD Loqistika” şirkətindən bildirilib ki, müştərilərin Avropa sərhədlərini keçməsi ilə əlaqəli olmayan bütün istiqamətlər üzrə daşımalara tələbat artıb.
İxrac axını xüsusən Xəzər dənizi limanları və Şimal-Cənub nəqliyyat dəhlizi boyunca artıb. Şirkət konteyner daşımalarının, o cümlədən kömür, taxta, filiz və mineral gübrələrin artacağını proqnozlaşdırır.