FIDE prezident və vitse-prezident seçkilərinin vaxtını açıqlayıb


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti və vitse-prezidentləri vəzifələrinə seçkilərin vaxtı açıqlanıb.

LIVE.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbir 7-8 avqustda - qurumun Hindistanın Çennai şəhərində planlaşdırılan Baş Assambleyasının iclasında gerçəkləşəcək.

Seçkilərdə iştirak üçün ərizələr iyunun 7-dən gec olmayaraq təqdim edilməlidir.

Qeyd edək ki, FIDE-nin hazırkı prezidenti rusiyalı Arkadi Dvorkoviç, vitse-prezidentləri isə Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edən Mahir Məmmədov və perulu Xulio Ernesto Qranda Suniqadır.
Şərhlər
İdman bölməsinin xəbərləri