Kubada oteldə partlayışda ölənlərin sayı 35-ə çatıb

  


Kubanın paytaxtı Havana şəhərindəki "Saratoqa" otelində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Kuba Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ölənləri sayı 35-ə çatıb. Son məlumatlara görə, beşi azyaşlı olmaqla, 24 nəfər xəstəxanalardadır. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Mayın 6-da Kubanın paytaxtının mərkəzində yerləşən Saratoqa otelində partlayış baş verib, binanın fasadının beş mərtəbəsi dağılıb və bir neçə qonşu binaya ziyan dəyib. Faciənin əsas səbəbi kimi qaz sızması hesab edilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri