Tahir Əmiraslanov: “Orxan Fikrətoğlunu çoxdan tanıyıram, ona yeni işində uğur arzulayıram”
- 13.05.2022, 14:21,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Dövlət Turizm Agentliyinin səlahiyyətinə aiddir.
Live.az xəbər verir ki, bunu Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən azad edilən Tahir Əmiraslanov deyib.
“Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər”, - o bildirib.
Tahir Əmiraslanovun sözlərinə görə, Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin Prezidentidir və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışır.
“Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram.
Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var. Müqavilə 2019-cu ildə yenilənmişdi.
Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiasiya müqaviləni dəstəkləyir.
Biz dövlət və milli maraqları, şəxsi və korporativ maraqlardan üstün bilirik”, - o vurğulayıb.
Dövlət Turizm Agentliyindən isə mövzu ilə bağlı açıqlama veriləcəyi bildirilib.
Xatırladaq ki, Milli Kulinariya Mərkəzinin Baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.