Bakı Limanı: “Qazaxıstan istiqamətində yükdaşımalar sürətlə artır"
- 13.05.2022, 18:01,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qazaxıstan istiqamətində yükaşırılmasında sürətli artım müşahidə edilir.
LIVE.az-ın məlumatına görə, bunu Report-a açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib.
Onun sözlərinə görə, sözügedən istiqaməti üzrə vaqon aşırılmasının artım tempi 3 dəfəyə yaxındır: “Eyni zamanda, Qazaxıstan istiqamətində gedən TIR aşırılmasında da iki dəfə artıb. Qazaxıstan istiqamətində 2021-ci ilin 4 ayında təqribən 5 min TEU konteyner aşırılmışdısa, 2022-ci ilin 4 ayında konteyner aşırılması 10 mini aşıb. Bu, geosiyasi vəziyyətin dəyişməsinin ilkin simptomlarını göstərir. Belə ki, Şimal dəhlizindən keçən yükləri mart-aprel ayından artıq aşırdırıq”.
Xatırladaq ki, Bakı Limanı Ələtdə iki əsas nəqliyyat dəhlizinin - Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bakı Limanının inkişafı 2 mərhələ üzrədir. 2019-cu ildə birinci mərhələnin inkişafı başa çatdırılıb və sonra Bakı Limanında ümumi yükaşırma imkanı artaraq 15 milyon ton ümumi yük və 100 000 TEU-ya qədər konteyner olub. İkinci mərhələdə isə Liman kompleksinin tikintisinin ikinci mərhələsinin başa çatdırılması ilə Bakı Limanının ümumi yükaşırma imkanı artaraq 25 milyon ton ümumi yük və 500,000 TEU-ya qədər konteyner olacaq.