İsveç parlamenti NATO-ya üzvlüklə bağlı təhlil hesabatını açıqlayıb


İsveç parlamenti təhlükəsizlik və siyasi cəhətdən NATO-ya üzvlüklə bağlı təhlil hesabatını açıqlayıb.

Parlamentin qəbul etdiyi sənəddə NATO-ya üzvlüyün regionda təhlükəsizliyi gücləndirəcəyi bildirilib.

“NATO-ya üzv olmaq qonşularımızın müdafiəsini gücləndirəcək. Çünki Baltik dənizi və Şimal dənizi təhlükəsizlik regionudur”, - hesabatda qeyd olunub.

İsveçin xarici işlər naziri Ann Linde də NATO-ya üzvlüyün “sabitləşdirici təsiri”nin olacağını diqqətə çatdırıb.

Xatırladaq ki, mayın 12-də İsveçə qonşu ölkələrdən olan Finlandiya hökuməti NATO-ya üzvlük prosesinin başladılmasını rəsmi olaraq təsdiqləyib.



Report, TASS
Şərhlər
Dünya bölməsinin xəbərləri