Fərid Şəfiyev: “Altılıq” formatının həyata keçirilməsi çətin olacaq”

“Rusiya-Ukrayna müharibəsi, Qərb və Rusiya arasındakı qarşıdurma və digər cinahda - Cənub və Şərqdəki proseslər bizi Türkiyə ilə sıx əməkdaşlıq qurmağa vadar edir”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü adlı konfransda deyib.

“3+3 formatında bəzi problemlər var. Azərbaycan və Türkiyə arasında işlənmiş regional mexanizmlər mövcuddur. Bu, məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan üçlüyüdür. “Altılıq” formatı isə çətin olacaq. Azərbaycan üçün imkanlar olacaq və bu imkanları biz Türkiyə ilə gerçəkləşdirməliyik”, - o bildirib.




Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri