Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq”
- 13.05.2022, 22:42,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz”, - dövlət başçısı bildirib.
R.T.Ərdoğan deyib ki, Skandinaviya ölkələri terror təşkilatlarının yuvasına çevrilib: “PKK-sı, DHKP-C-si İsveçdə, Niderlandda da yuva salıb. Hətta oraların parlamentlərində də təmsil olunurlar. Bu baxımdan onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”.
Dövlət başçısı rəsmi Ankaranın Ukrayna-Rusiya müharibəsinin dayandırılması üçün göstərdiyi cəhdlərdən də danışıb: “Rusiya və Ukrayna prezidentlərinə müharibənin dayandırılması ilə bağlı çağırışlar edirəm. Müharibənin yaxşısı yoxdur. İtkilər ortadadır. Bundan sonrakı müzakirələrimizdə də sülhlə bağlı çağırışlarımızı davam etdirəcəyik”.
Qeyd edək ki, ultrasolçu İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi (DHKP-C) Türkiyə ilə yanaşı ABŞ və Avropa İttifaqı ölkələrində terror təşkilatı kimi tanınıb. Yüksək aktivliyi ötən əsrin 90-cı illərinə təsadüf edən təşkilatın terror aktları daha çox Türkiyə hərbçilərinə qarşı yönəlib.
Report