Almaniyanın XİN rəhbəri: “NATO həmişə müdafiə ittifaqı olaraq qalacaq”
- 15.05.2022, 15:50,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniyanın xarici işlər naziri Annalena Berbok iddia edir ki, NATO-nun fəaliyyəti həmişə müdafiə xarakterli olacaq.
LIVE.az Report-a istinadla xəbər verir ki, o, bu barədə Berlində Şimali Atlantika Alyansına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə jurnalistlərlə söhbətində bildirib.
“NATO müdafiə ittifaqıdır və həmişə belə qalacaq. 24 fevraldan sonra (Rusiya Ukraynada hərbi əməliyyata başladıqdan sonra - Red) dünya dəyişib və o vaxtdan bəri NATO başqa məna kəsb edir. Biz NATO tərəfdaşları olaraq açıq şəkildə bildiririk ki, qapılarımız təhlükəsizlik sahəsində dəstəyə ehtiyacı olanlara açıqdır”, - XİN rəhbəri əlavə edib.
Onun sözlərinə görə, əgər Finlandiya və İsveç NATO-ya üzv olmaq qərarına gəlsələr, onların qəbulu prosesi çox sürətli olmalıdır.