Azərbaycanın "Avroviziya"nın münsiflər heyətindən çıxarılmasına aydınlıq gətirilib



Azərbaycanın "Avroviziya"nın münsiflər heyətindən çıxarılmasına aydınlıq gətirilib.

 “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan və digər 5 ölkənin münsiflər heyətinin çıxarılması məsələsinin rəsmi olmadığını deyib.

“İstinad olunan saytlar Avropa Yayım Birliyi və ona yaxın saytlardır. Bu barədə AYB ümumi açıqlama verməyib, yəni kənarlaşdırılan ölkələrin adını çəkməyib”, - İsa Məlikov qeyd edib.


APA
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri