Almaniya kansleri: “Rusiya tərəfi sülh sazişinin əldə olunması üçün addımlar atmır”



“Rusiyanın Ukraynaya qarşı müharibəsinin tez bir zamanda bitəcəyinə dair əlamət yoxdur”.

Bunu Almaniya kansleri Olaf Şolts yerli mətbuata müsahibəsində deyib.

O söyləyib ki, əgər belə davam etsə, daha çox insan həlak olacaq, daha çox dağıntı olacaq: “Buna görə də müharibə tez başa çatmalıdır. Amma bunun üçün Rusiya Ukrayna ilə razılaşmalıdır. Silahlar susmalı, Rusiya qoşunları Ukraynadan çıxmalıdır. Lakin belə bir ehtimal hələlik yoxdur. Çünki Rusiya tərəfi sülh sazişinin əldə olunması üçün addımlar atmır”.

Xatırladaq ki, bir müddət əvvəl O.Şolts bildirmişdi ki, Rusiyaya qarşı sanksiyaların ləğv olunmasının yeganə yolu Ukrayna ilə sülh sazişidir.


Report, RBK Ukraina 
Şərhlər
Dünya bölməsinin xəbərləri