Hesablama Palatası 2021-ci il dövlət büdcəsinin icrasına rəy verib
- 20.05.2022, 13:43,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun sədrliyi ilə Kollegiya iclası keçirilib.
Palatadan APA-ya verilən xəbərə görə, iclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının Rəyi geniş müzakirə edilib və müvafiq qərar qəbul edilib.