Şoyqu: “Rusiyanın qərb sərhədlərində hərbi təhdidlər artır”



Rusiya sərhədləri yaxınlığında qərb strateji istiqamətdə vəziyyət hərbi təhdidlərin artması ilə xarakterizə olunur.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu MN-nin kollegiya iclasında bildirib.

"Son səkkiz ildə ABŞ-ın strateji bombardmançı təyyarələrinin Avropada uçuşlarının intensivliyi 15 dəfə (ildə 3-dən 45-ə) artıb. İdarə olunan raket silahları ilə təchiz olunmuş Amerika gəmilərinin Baltik dənizinə səfərləri sistemli xarakter alıb”, - deyə Rusiya müdafiə naziri vurğulayıb.

Şoyqu qərb sərhədlərindəki təhdidlərə cavab məqsədilə 2022-ci ilin sonuna qədər Qərb Hərbi Dairəsində 12 yeni hərbi hissə və bölmənin yaradılacağını söyləyib.
 


APA
Şərhlər
Dünya bölməsinin xəbərləri