Emre Aydın Bakıda möhtəşəm konsert verdi



 MTV Avropa Musiqi Mükafatının sahibi, Türkiyənin ən sevilən rok ifaçılarından olan Emre Aydın Elektra Events Hallda çıxış etdi.

Çoxdan bəri gözlənilən konsert nəhayət ki 21 may  tarixində baş  tutdu. 

Konsertin təşkilatçısı -Triangle-Pro şirkəti idi.

Emre  Aydının səhnə performansı unudulmaz və möhtəşəm  idi. Konsert boyunca Emre Aydını səhnədə musiqiçiləri müşayiət edib. Konserti "Kim dokunduysa  sana ona git" mahnısıyla açan ifaçı Bakı pərəstişkarlarını salamlayıb."Bakını çox sevirəm. Gec də olsa, uzun müddətdir baş tutmasını istədiyimiz konsertinin reallaşmasına görə sizlərə təşəkkür edirəm", ifaçı söyləyib.
Pərəstişkarlarının qarşısında iki saata yaxın canlı çıxış edən müğənni ən sevilən mahnılarını səsləndirib.
 
Böyük coşğu və anşlaqla baş tutan konsertə 3 minə yaxın tamaşaçı var idi, konsertin biletləri isə tamamilə tükənmişdi.

Emre ilə birgə bütün mahnıları ifa edən fanatların sırasında müğənninin plakatlarını tutub, sevincindən ağlayanlar da az deyildi.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri