Nazir: "Əlverişli makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən tez bərpasına şərait yaradıb"
- 25.05.2022, 11:56,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya bazarlarında neftin qiymətinin artması fonunda yaranmış əlverişli xarici və daxili makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən daha da tez bərpa olunmasına şərait yaradıb.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ilkin olaraq nəzərdə tutulurdu ki, bu bərpa 2022-ci ilin birinci rübünə təsədüf edəcək: "Amma 2021-ci ildə biz artıq pandemiya zamanı iqtisadiyyatımızı bnərpa etməyə nail olmuşuq. 2020-ci ildə iqtisadiyyatın bütün sahələrində sürətlə getmiş bərpa proseslərinə müvafiq olaraq neft sektoru 1,8 % artım, qeyri-neft sektoru üzrə 7,2 % artım qeydə alınıb”.
Nazir bildirib ki, 2021-ci ildə ÜDM-in nominal həcmi 70,8 milyard manat planlaşdırılmışdısa, faktiki 92,9 milyard manat təşkil edib: “Bununla yanaşı da ÜDM-in real artımı 3,4 % səviyyədə nəzərdə tutulsa da, faktiki artım 5,6 % təşkil edib. Qeyd edək ki, neftin qiyməti də büdcədə nəzərdə tutulandan faktiki olaraq 70 % çox olub ki, bu da həm dövlət büdcəsinin göstəricilərinin xeyli dərəcədə yaxşılaşdırılmasına, həm də icmal büdcənin kəsirsiz icra olunmasına, eyni zamanda Dövlət Neft Fondunun aktivlərinin artmasına münbit şərait yaradır”.
Report