Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan" festivalının hazırlıq mərhələsi ilə tanış olub

Bu gün, "TEKNOFEST" İdarə Heyətinin sədri  və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar "TEKNOFEST Azərbaycan" festivalının hazırlıq mərhələsi ilə tanış olub.

TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Azərbaycanda ilk dəfə keçiriləcəyi üçün ona bu qədər maraq gözləmirdik". Bunu jurnalistlərə açıqlamasında Selçuk Bayraktar deyib.

"Bakıda ilk dəfə təşkil olunacaq festivala maraq böyükdür. Təşkilatçılıq da yüksək səviyyədədir. Bu festivalın digər ölkələrdə də keçirilməsi nəzərdə tutulur. Ukrayna, Özbəskistan və İndoneziyada da ona böyük maraq göstərilir", - deyə o, qeyd edib.

Qonaq festivalda iştirak edəcək şəxslərə uşaqlarını da gətirməyi tövsiyə edib: "Uşaqlar gəlib buradakı təyyarə yaxud PUA-lara toxunmalıdır ki, gələcəkdə bəlkə ölkələrimizin təhlükəsizliyini qroyacaq təyyarə istehsal etsinlər".

“TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.

Şərhlər