Prezident: “Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı”

  


“Keçən il Milli Qurtuluş Günündə, iyunun 15-də hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.
 

“15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Və bu müttəfiqlik özünü hər yerdə göstərir: siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat projelərinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində”, - Prezident İlham Əliyev qeyd edib.





APA
Şərhlər
Siyasət bölməsinin xəbərləri