Putin, Şolts və Makron qlobal ərzaq təhlükəsizliyini müzakirə edib
- 28.05.2022, 17:11,
- Siyasət / Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya, Fransa və Almaniya liderlərinin telefon danışığı zamanı qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində vəziyyət ətraflı nəzərdən keçirilib.
LIVE.az-ın məlumatına görə, bunu Kremlin mətbuat xidməti məlumat verib. Rusiya Prezidenti Vladimir Putin əsaslı şəkildə və konkret məlumatlar əsasında Qərb ölkələrinin yanlış iqtisadi və maliyyə siyasətinin, eləcə də onların tətbiq etdiyi anti-Rusiya sanksiyalarının nəticəsi olan ərzaq təminatındakı çətinliklərin əsl səbəblərini izah edib.
“Putin bildirib ki, Rusiya öz növbəsində taxılın maneəsiz ixracı, o cümlədən Qara dəniz limanlarından Ukrayna taxılının ixracı variantlarının tapılmasına kömək etməyə hazırdır. Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının tədarükünün artırılması həm də qlobal ərzaq bazarında gərginliyin azaldılmasına kömək edəcək ki, bu da təbii ki, müvafiq sanksiyaların ləğvini tələb edir”, - Kremlin yaydığı məlumatda qeyd olunub.
Putin Makron və Şoltsla Ukraynadakı vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Telefon danışığı zamanı Ukraynadakı vəziyyətin aktual aspektləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
“Rusiya Prezidenti davam edən xüsusi hərbi əməliyyat kontekstində baş verən son hadisələr barədə həmkarlarına ətraflı məlumat verib, Rusiya Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquq normalarına ciddi əməl etdiyini qeyd edib, Mariupolda dinc həyatın bərqərar olması üçün sistemli işin necə təşkil edildiyindən danışıb.
Kiyevin günahı ucbatından dondurulmuş danışıqlar yolundakı vəziyyətə xüsusi diqqət yetirilib. Vladimir Putin Rusiya tərəfinin dialoqun bərpasına açıq olduğunu təsdiqləyib”, - Kremlin yaydığı məlumatda qeyd olunub.