Zelenski UTX-nin Xarkov üzrə rəhbərini işdən çıxarıb: “Yalnız özünü düşünürdü”


Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Xarkov vilayəti üzrə rəhbəri Roman Dudini vəzifəsindən azad edib.

Bu barədə “RBC-Ukraina” Prezidentin müraciətinə istinadən xəbər verib.

"Hər kəs qalib gəlmək üçün çalışır və çox səmərəlidir. Təəssüf ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin yerli rəhbərliyi haqqında demək olmaz. Mən gəldim, aydınlaşdırdım, Ukrayna Təhlükəsizlik Xidmətinin regional rəisini şəxsən işdən çıxardım. Hansı motivlərə görə - bunu hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyənləşdirəcəklər”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, Roman Dudin 2020-ci ilin martında Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə rəhbəri təyin edilib. O, bu vəzifəyə Nikolay Naydıçın yerinə təyinat alıb.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri