Siyarto: "Biz istəyirik ki, Xəzər qazı mərkəzi Avropada reallığa çevrilsin"
- 02.06.2022, 11:28,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Macarıstan Rusiya qazına qoyulan sanksiyalarla razılaşa bilməz, çünki ölkənin buna böyük ehtiyacı var.
Bunu Baku Energy Forumunda çıxış edərkən Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, ölkəyə daxil olan təbii qazın 85%-i Rusiya qazının payına düşür.
"Bu o demək deyil ki, bu bizim müstəsna seçimimizdir. Bu fiziki şərtlərlə, infrastrukturla, eyni zamanda yerləşməyimizlə bağlıdır. Bu məsələyə praqmatik baxımdan yanaşırıq. Ona görə də, Xəzər qazının Macarıstanın ölkə balansında istifadəsi ilə bağlı danışırıq. Biz istəyirik ki, Xəzər qazı mərkəzi Avropada reallığa çevrilsin, həqiqətə çevrilsin. Lakin bunu həyata keçirmək üçün ciddi investisiyalar lazımdır",- deyə Peter Siyarto qeyd edib.
APA