"Norway Chess": Məmmədyarov və Rəcəbov növbəti görüşlərini keçirəcək



Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər.

  Məmmədyarov yarışın dördüncü günündə çinli Van Hao ilə qara fiqurlarla oynayacaq.

37 yaşlı qrossmeyster hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb.

Rəcəbov isə fransalı Maksim Vaşye-Laqravla ağ fiqurlarla üz-üzə gələcək. 1,5 xala malik olan 35 yaşlı iti zəka sahibi sonuncu - 10-cu yerdədir.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.
Şərhlər
İdman bölməsinin xəbərləri